ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının İrana qarşı mümkün cavab addımları ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Daily Mail nəşrinə müsahibəsində Riyadın öz ərazisinə edilən hücumlara cavab vermək hüququnun olduğunu bildirib.
Tramp qeyd edib ki, bölgədə proseslər artıq faktiki müharibə mərhələsinə daxil olub.
“Onlar müharibə aparırlar, onlar da müharibə aparırlar”, – deyə o vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, hər hansı ölkənin ərazisi hədəfə alınırsa, cavab zərbəsi qaçılmaz ola bilər. Onun sözlərinə görə, təhlükəsizlik məsələsində dövlətlərin özünü müdafiə hüququ var və bu hüquq beynəlxalq münasibətlərdə əsas prinsiplərdən biridir.
Trampın bu açıqlaması Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda səslənib və İrana qarşı yeni cəbhənin formalaşa biləcəyi ilə bağlı müzakirələri gücləndirib.
Musavat.com






