İnsanlara hürriyət, millətlərə istiqlal!

Tünzalə sevənləri ilə bir araya gəldi - FOTOLAR

435 06.07.2026 14:49 Şou-biznes A A

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk dünyası həftəsi” çərçivəsində Dənizkənarı Milli Parkda konsert proqramı keçirilib.

Musavat.com xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan gecədə bir sıra məşhur simalar iştirak edib.

Xalq artisti Tünzalə Ağayeva tədbirin qapanışını edib. Pop ulduz gecə boyunca hit, dillər əzbərinə çevrilən mahnılarını səsləndirib.

Şou-biznesin əfsanəsi həmçinin tamaşaçıların arasına düşərək onlarla birlikdə mahnılar ifa edib, fotolar çəkdirib və səmimi ünsiyyət qurub.

Gecə “Mən Azərbaycanlıyam” nəğməsi ilə yekunlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR