İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dəhşətli qəza - bir ailənin 6 üzvü öldü

655 26.03.2024 19:02 Hadisə A A

Türkiyənin Hatay şəhərində iki avtomobilin toqquşması nəticəsində eyni ailənin 6 üzvü ölüb, 1 nəfər yaralanıb.

Musavat.com report-a istinadən xəbər verir ki, Dörtyol-Payas yolunda Şükrü K.-nin idarə etdiyi yük maşını qarşı zolağa çıxaraq Mehmet Sönməzin idarə etdiyi avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Mehmet Sönməz, həyat yoldaşı Zeynəb Sönməz, uşaqları Eray və Ecrin Sönməz, 64 yaşlı qayınatası Zeki Kara və 62 yaşlı qayınanası Döndü Kara ölüb.

Sürücünün digər övladı Melek Su Sönməz (8) isə yaralanıb. Yaralı uşaq təcili yardımla Dörtyol Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR