İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə kömür mədəni çökdü, iki nəfər torpaq altında qaldı

454 12.09.2025 20:48 Hadisə A A

Türkiyənin Denizli vilayətində bir mədəndə çökmə əmələ gəlib. 

"TRT Haber" xəbər verir ki, hadisə Acıpayam rayonunda qeydə alınıb.

Hadisə yerinə xilasedicilər, polis, təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları cəlb olunub.

Məlumata görə, iki nəfər belinə qədər torpaq altında qalıb.

Vilayət valisi Ömer Faruk Coşkunun sözlərinə görə, həlak olan yoxdur: "Torpaq altında qalan iki nəfərlə əlaqə yarada bilmişik. Onların xilas edilməsi istiqamətində işlər aparılır".//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR