İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli məşhurlar Bakıda - VİDEO

872 08.12.2025 16:47 Şou-biznes A A

Türkiyəli müğənni Oğuzhan Koç  və aktrisa Ayça Ayşin Turan Bakıya gəlib.

Musavat.com xəbər verir ki, onlar bu gün keçiriləcək “Bu gün güzel” filminin premyerasına qatılacaq. 

Onların Bakıya səfəri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Məşhur sənətçilər premyera öncəsi pərəstişkarları ilə görüşəcək, həmçinin qırmızı xalça mərasimində iştirak edəcək.

Qeyd edək ki, “Bu gün güzel” romantik dram janrında çəkilmiş türk filmidir. Filmin hekayəsi və ideyası məşhur müğənni və aktyor Oğuzhan Koça məxsusdur. Ssenari Aksel Bonfil tərəfindən yazılıb, rejissor kürsüsündə isə Mali Ergin əyləşib. Filmin istehsalçısı “TAFF Pictures”dir.

Oğuzhan Koç - Ali

Ali motivasiya mövzuları ilə məşğul olan, sağlam həyat tərzini təbliğ edən bir insandır. Lakin həyatında gözlənilməz dönüş baş verir - onda beyin şişi aşkarlanır. Bu hadisə onun bütün həyatını yenidən dəyərləndirməsinə səbəb olur.

Ayça Ayşin Turan - Güneş

Güneş səmimi, mehriban və həyat dolu bir tibb bacısıdır. Ali ilə tanışlığı hər iki obrazın həyatına yeni nəfəs gətirir. Güneş Ali üçün həm ümid, həm də yenidən başlamağın rəmzinə çevrilir.

Filmdə həmçinin İbrahim Selim, Neslihan Arslan, Buçe Buse Kahraman, Derya Alabora və bir çox digər tanınmış aktyorlar da rol alıb.

 

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR