İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Donbası Rusiya ərazisi kimi tanımayacaq – Zelenski

675 16.12.2025 08:12 Dünya A A

Ukraynan Donbasdan imtina etmək, onu Rusiya ərazisi kimi tanımaq istəmir.

Musavat.com RBC-Ukrayna-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu medianın suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, ABŞ Donbasda  "azad iqtisadi zona" yaratmağı təklif edir: "Biz Donbasdan imtina etməyəcəyik. Amerikalılar kompromis tapmaq istəyirlər; onlar azad iqtisadi zona təklif edirlər. Bir daha vurğulayıram - azad iqtisadi zona Rusiyanın rəhbərliyi altında demək deyil. Bunlar mənim üçün istənilən Donbas formatının vacib xüsusiyyətləridir".

Zelenski vurğulayıb ki, Ukrayna Donbasın müvəqqəti işğal olunmuş hissəsini Rusiya ərazisi kimi tanımayacaq. Eyni zamanda, o, ərazi məsələsinin müzakirə olunduğunu da əlavə edib: "Biz nə de-yure, nə də de-fakto müvəqqəti işğal olunmuş hissə olan Donbası Rusiya ərazisi kimi tanımayacağıq. Lakin ərazi məsələsini müzakirə edəcəyik. Bilirsiniz, bu, əsas məsələdir; hələlik bu məsələ ilə bağlı ortaq fikrimiz yoxdur".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR