İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Moskvaya atəş yağdırdı: Aeroportlar səhərə qədər qapalı qaldı

1139 27.10.2025 08:15 Hadisə A A

Səhər saatlarında Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan daha bir dronun məhv edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bununla da ötən gecə Rusiya paytaxtına hücum edən Ukrayna dronlarının sayı 30-a çatıb.

Mer özünün Telegram kanalında bildirib ki, dronların “qalıqlarının” düşdüyü yerlərdə təcili yardım xidmətləri işləyir.

Moskvanın Domodedovo və Jukovski hava limanlarında axşam saatlarından elan olun xalça əməliyyatı səhər 06.00 radələrindən qaldırılıb.

Qeyd edək ki, dünən axşam saatlarından Moskvaya dron hücumu başlayıb, şəhər üzərində davamlı partlayış səsləri eşidilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR