İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan kritik həmlə: Liviyada Rusiya gəmisi vuruldu

2069 09.04.2026 04:04 Dünya A A

Aralıq dənizində baş verdiyi iddia olunan hadisə regionda yeni gərginlik dalğası yarada bilər.

Musavat.com xəbər verir ki, Liviya rəsmilərinin açıqlamasına görə, Ukrayna Rusiyaya bağlı qaz daşıyan gəmini hədəfə alıb.

Məlumata əsasən, hücum ekipajsız dəniz aparatları – pilotsuz katerlər vasitəsilə həyata keçirilib. Bildirilir ki, əməliyyat Aralıq dənizində baş tutub və Ukrayna qüvvələrinin bu addımı Qərb tərəfdaşlarının dəstəyi ilə reallaşdırdığı ehtimal olunur.

Eyni zamanda yayılan digər məlumatlarda qeyd edilir ki, Ukrayna Liviyada hərbi fəaliyyətini genişləndirib. İddialara görə, 200-dən çox ukraynalı hərbçi bu ölkəyə göndərilib və burada dronların idarə olunması üzrə təlimlər keçir. Bu isə gələcəkdə regionda birgə əməliyyatların mümkünlüyü barədə suallar doğurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR