Rusiyadakı qaz emalı zavodunun bağlanmasından sonra Qazaxıstan neft hasilatını azaltmaq məcburiyyətində qalıb.
Musavat.com "Bloomberg"-ə istinadən xəbər verir ki, söhbət iyunun 24-də Ukraynanın raket və dron zərbələrindən sonra fəaliyyətini dayandıran Orenburq qaz emalı zavondundan gedir. Zavodda Qazaxıstanın “Qaraçaqanak” neft-qaz yatağından hasil edilən qaz emal olunur.
“Qaraçaqanak” Qazaxıstanın üç ən böyük neft və qaz layihəsindən biridir və milli neft hasilatının təxminən 10 faizini təşkil edir. Bu yataqda neft və təbii qaz hasilatı texnoloji cəhətdən ayrılmaz olduğundan, Rusiyada emal müəssisəsinin bağlanması avtomatik olaraq neft hasilatının azalmasına səbəb olub.
Rəsmi məlumatlara görə, “Qaraçaqanak”da gündəlik neft hasilatı 34.000 tondan 25.000 tona düşüb ki, bu da 25 faizdən çox azalmaya (gündə təxminən 180.000 barel) bərabərdir.
Qazaxıstan sərhədindən təxminən 170 kilometr məsafədə yerləşən Orenburq Qaz Emalı Zavodu “Qaraçaqanak”dan gələn xammalı emal edir və son məhsulları Qazaxıstana qaytarır. Orenburq Qaz Emalı Zavodu Rusiyada ümumi qaz emalının 60 faizini təmin edən əsas müəssisədir.
Bu arada, öz neft emalı zavodlarına sistemli hücumlar səbəbindən Rusiya ciddi yanacaq çatışmazlığı ilə üzləşib və təcili olaraq 50.000 ton Aİ-92 benzini tədarükü üçün Qazaxıstana müraciət etmək məcburiyyətində qalıb.
Musavat.com






