İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb FOTO

2214 17.04.2024 17:06 Ölkə A A

Buraxılış imtahanında 300 bal toplayan Ankara məktəb-liseyinin XI sinif şagirdi Məhəmməd Əliyev UNEC-də olub.

Musavat.com xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradovla görüşən Məhəmməd Əliyev “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ingilis dilində UNEC-də təhsil almaq istədiyini bildirib.

Bacısının UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi olduğunu deyən M.Əliyev, onun müsbət rəyləri əsasında UNEC-i seçdiyini bildirib.

Rektor Ədalət Muradov imtahanlarda yüksək bal toplaması münasibətilə Məhəmməd Əliyevi təbrik edərək, ona gələcək təhsilində uğurlar arzulayıb. Savadlı gənclərin UNEC-də təhsil almasının universitetin əsas hədəflərindən olduğunu deyən rektor, bu istiqamətdə uğurlu nəticələrin olduğunu vurğulayıb. Rektor abituriyentə Rəqəmsal UNEC-dəki təhsil imkanları, xüsusi təqaüd imkanı, tələbə təşkilatları, xarici mübadilə proqramları, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, eləcə də özünüinkişafla bağlı yaradılan imkanlar və digər üstünlüklərindən bəhs edib.

Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov isə fakültədə tələbələr üçün yaradılan şərait, kompüter laboratoriyaları, imtahan prosesi, karyera imkanları və s. barədə məlumat verib.

Səmimi keçən görüşün sonunda rektor Ədalət Muradov Məhəmməd Əliyevə UNEC-in neftlə çəkilmiş rəsmini hədiyyə edib.

Görüşdən sonra M.Əliyev UNEC-də infoturda olub, dərs və imtahan prosesini izləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR