İnsanlara hürriyət, millətlərə istiqlal!

Urmiyə sakinləri “Küçələrə su səpmişəm” mahnısını xorla oxudu - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

702 16.12.2025 01:48 Ölkə A A

Musavat.com xəbər verir ki, Güney Azərbaycanda milli ruhun yüksəlişi son dövrlərdə daha açıq və kütləvi şəkildə müşahidə olunur. İstər futbol oyunlarında, istərsə də müxtəlif ictimai tədbirlərdə Azərbaycan adına kollektiv davranışlar, milli simvollar və mahnılar ön plana çıxır.

Bu cür anlar isə sosial şəbəkələr vasitəsilə qısa müddətdə geniş yayılaraq fenomenə çevrilir.

Belə görüntülərdən biri də Güney Azərbaycanın qədim şəhərlərindən olan Urmiyədən yayılıb. Sosial mediada yayılan videolarda Urmiyə küçələrində qadın və kişilərin – Azərbaycan türklərinin birlikdə, xorla “Küçələrə su səpmişəm” mahnısını oxuduqları görünür.

Bu mənzərə təkcə estetik baxımdan deyil, mənəvi və siyasi baxımdan da böyük anlam daşıyır. Milli musiqi ilə müşayiət olunan bu kollektiv davranış Güney Azərbaycanda azərbaycanlı kimliyinin, milli yaddaşın və ortaq mədəniyyətin nə qədər canlı olduğunu bir daha nümayiş etdirir.

Urmiyə sakinlərinin nümayiş etdirdiyi bu ruh yüksəkliyi o taylı-bu taylı Azərbaycanın – vahid Azərbaycan ideyasının cəmiyyətdə daha da möhkəmləndiyini göstərir. Yayılan görüntülər izləyənlərdə dərin emosional təsir yaradır, qürur və birlik hissini gücləndirir.

Musavat.com həmin görüntüləri oxucularına təqdim edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR