Aktrisa Xəyalə Quliyeva qızı Arzunun doğum gününü qeyd edib.
Sənətçi övladının 14 yaşı tamam olması münasibətilə sosial şəbəkədə paylaşım edib.
Qızı ilə fotolarını izləyiciləri ilə bölüşən X.Quliyeva bu sözləri yazıb:
"14 yaşın oldu. Artıq balaca qız deyilsən. Böyümək asan deyil, amma sən bunu özünəməxsus gözəlliklə yaşayırsan. Hər inadında, hər gülüşündə, hətta susduğun anlarda belə səninlə qürur duyuram. Bu gün sənin günündür - işığın heç sönməsin, xəyalların böyük olsun. Arxandayam hər zaman. Ad günün mübarək, canımın içi".//Milli.Az







