İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanan binaya su verildi - Sakinlərə təzminat ayrıldı

752 15.12.2025 18:46 Ölkə A A

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasına suyun verilişi bərpa edilib.

Musavat.com xəbər verir ki, bu barədə bina sakini, jurnalist Heydər Mirzə sosial media hesabında məlumat yayıb.

O bildirib ki, bərpa işləri davam edir. Sabah 11-17-ci mərtəbələrə işıq veriləcək:

“Nazirlər Kabinetinin 3 dekabr tarixli sərəncamı ilə ayrılan təzminatın məbləği müvafiq bank hesabına köçürülüb. Nə vaxt ala biləcəyimizi bilmirəm. Məncə, yubanma banka görədir, hər bir təzminat alıcısına ayrıca hesab açırlar”.

Jurnalist qeyd edib ki, 96 bina sakini kompensasiya alacaq.

Heydər Mirzə bildirib ki, binaya dəyən ümumi zərərin hesablanmasını əks edən akt lisenziyalı şirkət tərəfindən artıq tərtib olunub, Baş Prokurorluğa və vəkillərə təqdim edilib.

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində - 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı həyatını itirib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR