UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” oyununda Azərbaycan çempionu hesabda önə keçib.
Musavat.com xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Marko Yankoviç penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını irəli çıxarıb – 2:1.
Hazırda Tofiq Bəhramov adına Respublika stadionunda azarkeşlərin coşqusu ən yüksək həddədir.






