Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı nəzarətində olan ərazilərdə yeni struktur formalaşdırdığını elan edib.
Musavat.com xəbər verir ki, bu barədə “Intelligence Online” nəşri məlumat yayıb.
Məlumata görə, “Ümumi səfərbərlik qüvvələri” adlanan yeni təşkilat İranın SEPAH-a bağlı “Bəsic” hərbiləşdirilmiş modeli əsasında qurulur.
Bildirilir ki, husilər nəzarətlərində olan vilayətlərin demək olar hər bölgəsində könüllülər şəbəkəsi yaratmağa çalışırlar. Təşkilata qoşulan şəxslərə silahla davranış və hərəkatın ideologiyası üzrə təlimlər keçirilir.
Qarşılığında isə iştirakçılara ərzaq yardımı və müxtəlif güzəştlər təqdim olunduğu qeyd edilir.
Musavat.com






