Ukraynanın müdafiə naziri Denis Şmıqal Prezident Aparatının istefa vermiş rəhbəri Andrey Yermakı əvəz edə bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Yermakın yerinə digər namizədlər arasında Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və baş nazirin birinci müavini Mixaylo Fedorov da var.
Ukrayna lideri Volodimir Zelenski şənbə günü Budanov, Şmıqal, Fedorov və onun aparat rəhbərinin müavini Pavlo Palisa ilə görüşlər keçirib.
Ravidin mənbələri həmçinin Fyodorovun kadr dəyişikliyi çərçivəsində müdafiə naziri vəzifəsinə keçə biləcəyini də bildiriblər.
Qeyd edək ki, noyabrın 28-də Yermak mənzilində axtarış aparıldıqdan sonra istefa verib.
Musavat.com






