Londondakı Viktoriya və Albert Muzeyində (V&A) “Design 1900-Now” ekspozisiyasında artıq YouTube-un ilk səhifəsinin rekonstruksiyası və platformaya yüklənmiş ilk video nümayiş olunur.
Musavat.com xəbər verir ki, “Mən zooparkda” (“Me at the zoo”) adlı 19 saniyəlik video 23 aprel 2005-ci ildə YouTube-un həmtəsisçisi Cavid Kərim tərəfindən paylaşılmışdı.
Video bu günədək 382 milyon baxış və 18 milyon bəyənmə toplayıb.
Rekonstruksiya üzərində iş bir il yarım davam edib. Muzey əməkdaşları platformanın 2006-cı ildəki dizaynını və funksionallığını tam şəkildə bərpa ediblər.
YouTube-un baş direktoru Nil Mohan bildirib ki, layihənin məqsədi ziyarətçiləri “qlobal mədəni fenomenin başlanğıcına qaytarmaqdır”.
Musavat.com






