Güclü külək və onlarla metr hündürlükdə çəkilən video sosial şəbəkələrdə rezonans doğurub.
Musavat.com xəbər verir ki, kadrlarda Maqomed Maqomedov 40 metr hündürlükdə yerləşən elektrik dayağının üzərində, saniyədə 12 metrə çatan külək şəraitində işlədiyini izah edir.
Qısa müddətdə viral olan görüntülər cəmiyyətdə maraq yaradıb və bu, Dağıstan rəhbərliyinin də diqqətindən yayınmayıb. Respublika başçısı Sergey Melikovun təşəbbüsü ilə Energetika və Tariflər Nazirliyində xüsusi görüş keçirilib.
Görüş zamanı nazir Marat Şixaliyev Maqomed Maqomedova yüksək peşəkarlığına və respublikanın elektrik şəbəkə infrastrukturunun inkişafına verdiyi töhfəyə görə təşəkkürnamə təqdim edib.
Musavat.com






