İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zarafat” faciəyə çevrildi: Bacılar arasındakı mübahisə bıçaqlanma ilə bitdi

751 20.02.2026 21:02 Dünya A A

Rusiyanın Omsk şəhərində iki bacı arasında yaranan mübahisə qanlı hadisə ilə nəticələnib. Məlumata görə, 55 və 53 yaşlı bacılar film izləyərkən mübahisə ediblər.

Musavat.com xəbər verir ki, tərəflər arasında yaranan mübahisə zamanı böyük bacı kiçik bacını ələ salaraq onun heç kimi bıçaqlaya bilməyəcəyini deyib. Qadınların hadisə zamanı spirtli içki qəbul etdikləri bildirilir.

Yerli polis orqanlarının açıqlamasına əsasən, kiçik bacı çox düşünmədən bıçağı götürərək bacısının qarın nahiyəsinə zərbə endirib.

Hadisə nəticəsində zərərçəkən xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır, hüquqi qiymət verilməsi gözlənilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR