İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatulin: Paşinyan Rusiyanı TRIPP layihəsinə cəlb edib məsuliyyəti üzərindən atmaq istəyir

416 16.01.2026 15:59 Dünya A A

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin Ermənistanın TRIPP layihəsi fonunda Moskvaya yanaşmasını sərt tənqid edib. Onun fikrincə, rəsmi İrəvan Rusiya ilə əməkdaşlıq görüntüsü yaradaraq gələcək mümkün tənqidlər zamanı “günahı Moskvaya atmaq” istəyir.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Zatulinin fikrincə, ABŞ-la Ermənistan arasında qismən açıqlanan razılaşmalardan belə nəticə çıxır: TRIPP marşrutu üzrə tranzit gəlirini əldə edəcək şirkətin 76 faizi ABŞ-a, 24 faizi isə Ermənistana məxsus olacaq. Deputatın sözlərinə görə, nə Rusiya, nə də digər tərəflər bu şirkətin səhmdarı və ya həmtəsisçisi ola bilmir, Moskva olsa-olsa müəyyən texniki funksiyalara cəlb oluna bilər.

“Paşinyan bundan sonra tələsik şəkildə Rusiyanı bu işlərə cəlb etmək istəyir ki, üzərinə gələndə desin: baxın, Rusiya da burdadır, özü iştirak edir. Başqa sözlə, ‘oxları Moskvaya çevirmək’ cəhdidir. Qarabağda sülhməramlı kontingentlə bağlı vəziyyət də buna bənzəyirdi – əvvəlcə dəvət etdilər, sonra faktiki olaraq onun mövcudluğunu görməzdən gəldilər”, – Zatulin bildirib.

O hesab edir ki, Ermənistan hökuməti Rusiyanın maraqlarını deyil, Qərblə ittifaqı əsas götürür:
“Paşinyan artıq öz seçimlərini edib, Qərblə dostluq və ittifaq kursu götürüb. Onun təklifləri bir neçə dəfə analiz olunmalıdır ki, heç bir gizli məqam, tələ olmasın. Ermənistanın indi atdığı addımlar Rusiyanın maraqlarını nəzərə almır”, – deputat xəbərdarlıq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR