İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Berlin danışıqlarını dəyərləndirdi: Çətin oldu, amma real nəticə verdi

511 15.12.2025 22:12 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ nümayəndə heyəti ilə aparılan məsləhətləşmələrə münasibət bildirib. Onun sözlərinə görə, danışıqlar asan keçməsə də, nəticə baxımından məhsuldar olub.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə Almaniya–Ukrayna İqtisadi Forumunun bağlanış mərasimində çıxışı zamanı danışıb. Prezident qeyd edib ki, görüşlər dünən və bu gün Berlin şəhərində baş tutub və müzakirələr olduqca detallı olub.

“Bizim belə söhbətlərimiz mütəmadi olur. Açıq deyim, asan deyil. Amma bu dəfə danışıq məhsuldar keçdi. Çoxlu, hətta deyərdim ki, çox-çox detallar müzakirə olundu. Ən önəmlisi isə sülhün ləyaqətli olmasıdır. Bu, bizim üçün prinsipial məsələdir”.

Zelenski həmçinin bildirib ki, Berlin danışıqları təkcə siyasi deyil, praktiki nəticələrlə də yadda qalıb. Onun sözlərinə görə, Almaniyada Ukraynanın silah ixracı və Almaniya ilə birgə istehsal layihələri üzrə fəaliyyət göstərəcək ilk ofislərdən biri açılacaq.

Ukrayna lideri vurğulayıb ki, bu addım müdafiə sənayesində əməkdaşlığın dərinləşdirilməsinə və tərəflər arasında uzunmüddətli strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcək. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR