İnsanlara hürriyət, millətlərə istiqlal!

Zığda baş vermiş kütləvi dava ilə bağlı AÇIQLAMA

1075 06.06.2026 21:31 Ölkə A A

Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş verən insident iştirakçılarından yeddi nəfər saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

***

Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində insident baş verdiyinə dair bağlı polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.

Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR