İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zülmət quyudan çıxmaq üzrəyəm” - Nigar Köçərli

1004 02.03.2026 00:48 Ölkə A A

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli səhhəti ilə bağlı yeni açıqlama yayıb. O bildirib ki, vəziyyəti tədricən yaxşılaşır və artıq iş fəaliyyətinə qayıdıb.

N.Köçərli sosial şəbəkə hesabında yazıb ki, xəstəxanada aldığı travmalar yavaş-yavaş sağalmağa başlayır: “Vəziyyətim getdikcə yaxşılaşır. Xəstəxanada aldığım travmalar yavaş-yavaş sağalmağa başlayır. Zülmət quyudan çıxmaq üzrəyəm”.

O, dönüş nöqtəsini dəqiq xatırladığını qeyd edib: “Bir müddət Şahbaz bəy işdən, görüşlərdən uzaqlaşıb mənim yanımda qaldı. Həm yuxuya gedəndə, həm də ayılanda onu yanımda görürdüm. Vaxtı-vaxtında yeməyimi hazırlayıb verirdi. Dərmanları qarışdırırdım deyə, onları da nəzarətə götürdü. Məni həkimlərin yanına tək buraxmadı, əlimdən tutub gəzməyə çıxartdı”.

Onun sözlərinə görə, həyat yoldaşının bu həssas münasibəti sağalma prosesində mühüm rol oynayıb: “Onun bu diqqəti məni özümə qaytardı. Üstəlik, düzgün həkim seçimi, dərmanlar və terapiya nəticəsində sağalmağa başladım”.

N.Köçərli əməliyyatdan sonrakı dövrün olduqca ağır keçdiyini də etiraf edib: “Əksər günlər yataqdan durmaq istəmirdim. Yavaş-yavaş, addım-addım, əvvəl yataqdan, sonra evdən çıxmağa başladım. Dünən ilk dəfə idi ki, bütün günü iş başında oldum. Demək olar, həmişəki rejimdə işləyə bildim”.

O, 4 martda keçiriləcək məhkəmə iclasını gözlədiyini də vurğulayıb: “Bildiyiniz kimi, öz ağrılarım və başıma gələnlərlə bağlı yazdığıma görə xəstəxana məni məhkəməyə verib, 222 min manat təzminat tələb edir”.

Xatırladaq ki, N.Köçərli bir müddət əvvəl “Liv Bona Dea Hospital”da keçirdiyi əməliyyatdan sonra qeyri-insani rəftarla üzləşdiyini iddia etmişdi. Onun sözlərinə görə, əməliyyatdan sonra güclü ağrılar hiss edib və yalnız dəfələrlə müraciətdən sonra ona anesteziya tətbiq olunub. Həmçinin tibb personalı tərəfindən kobud davranışla qarşılaşdığını bildirmişdi.

Xəstəxana isə yaydığı açıqlamada N.Köçərli tərəfindən işgüzar nüfuza və hüquqlara zərər vurulduğunu iddia edib, həmin zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etdiyini bəyan etmişdi. Klinikadan 220 min manat məbləğində təzminat tələbi irəli sürüldüyü açıqlanıb.

 

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR