İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili tibbi yardım vertolyotlarının alınması zəruridir - Qüdrət Həsənquliyev

620 29.03.2024 12:58 Ölkə A A

Milli Məclisin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Rusiyada törədilmiş terror aktından danışıb.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, bu hadisələrdən sonra Azərbaycanda bir sıra addımların atılmasına ehtiyac var.

Bu mənada deputat parlamentin xüsusi iclasının keçirilməsi təklifini irəli sürüb.

Qüdrət Həsənquliyev qeyd edib ki, Rusiyada törədilən terror aktından sonra ölkədə təhlükəsizliyin hansı səviyyədə olduğu və hansı işlər görüldüyü barədə deputatlara məlumat verilməlidir.

“Allah eləməsin, bizdə belə hadisə baş verərsə, bizim hansı gücümüz var?” - deyən deputat bildirib ki, bundan başqa, ekstremal hallara hazırlıq üçün təcili tibbi yardım vertolyotlarının alınması zəruridir.

Deputat xatırladıb ki, Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına daşıyırdılar, oradan isə təcili tibbi yardım maşını ilə xəstəxanalara aparırdılar:

“Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra bu barədə düşündüm. Azərbaycanda belə hadisə olsa, necə olacaq? Bakıda sıxlıq çoxdur. Yaralıları vertolyotla təcili tibbi yardım maşını ilə daşımaq olacaqmı?”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR