İnsanlara hürriyət, millətlərə istiqlal!

10 yaşlı uşağı xilas edən polis görün kimin oğlu imiş

2257 17.01.2026 13:35 Hadisə A A

Ötən ay ağır yol qəzasında beyin travması alan 10 yaşlı Sərxanı xilas edən  polis polkovnik - leytenantı Müşfiq Gözəlov barəsində ilginc fakt ortaya çıxıb.

Məlum olub ki, Müşfiq Gözəlov 1991-ci ildə iş başında qətlə yetirilən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Mikayıl Gözəlovun oğlu imiş.

Musavat.com bildirir ki, bu barədə jurnalist Səadət Məmmədova məlumat yayıb. O, ata-oğul Gözəlovların şəklini paylaşaraq, qeyd edib: "Müşfiq otağında qətlə yetirilən Şuşa İH başçısı Mikayıl Gözəlovun oğludur. Atası qətlə yetiriləndə Müşfiqin heç 3 yaş tamam olmamışdı. Bu foto isə atası ilə yeganə şəklidir".

Xatırladaq ki, ötən ilin dekabr ayında Bakının Səbayel rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdi. Hadisə zamanı 10 yaşlı Sərxan səkidə olarkən yol kənarındakı məhəccər onun üzərinə aşmış və uşaq ciddi xəsarətlər almışdı. Həmin an xidmətdə olan polis polkovnik-leytenantı Müşviq Gözəlov hadisəni görən kimi dərhal vəziyyətə müdaxilə edib. O, vaxt itirmədən uşağı xilas etməyə çalışıb, təcili tibbi yardımın gəlməsini gözləmədən Sərxanı xidməti avtomobillə Mərkəzi Klinik Xəstəxanasına çatdırıb. Nəticədə uşağın həyatını xilas etmək mümkün olub.

Müşviq Gözəlovun atası Mikayıl Gözəlov 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olmuşdur. İş başında ikən, 11 dekabr 1991-ci ildə  təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov 2019-cu ildə həbsxanada vəfat edib.

Ölümündən sonra Şuşa rayonu kolxozlarından birinə, Şuşa şəhərində küçəyə adı verilmiş, yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Onun digər övladı, qızı Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur.

Xalidə Gəray

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR