İnsanlara hürriyət, millətlərə istiqlal!

103 min kilometr uçan türk şahini 28 ölkə gəzdi FOTO

1460 02.11.2025 23:54 Maraqlı A A

Türkiyənin İğdır vilayətində peyk ötürücüsü taxılaraq təbiətə buraxılan bozqır şahini iki il yarım ərzində 28 ölkə üzərindən uçub.

Musavat.com xəbər verir ki, TRT Haber-in məlumatına görə, quş ümumilikdə 103 min 456 kilometr məsafə qət edib. Peyk izləmələri göstərib ki, şahinin ən yüksək uçuşu 5987 metr, ən sürətli uçuşu isə saatda 109 kilometr olub.

Mütəxəssislər bildiriblər ki, bu göstəricilər bozqır şahininin miqrasiya qabiliyyətinin qeyri-adi dərəcədə güclü olduğunu sübut edir. Quşun marşrutu üç qitəni — Asiya, Afrika və Avropanı — əhatə edib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR