İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bəzənib cəmiyyət içinə çıxan əxlaqsız olur?" - Aktrisa (VİDEO)

652 04.06.2026 18:46 Şou-biznes A A

"Mən aktyor və ya aktrisaların bəzi verilişlərə getməsinə qarşıyam. Bu, insanı ucuzlaşdırır. Sən adiləşirsən, sıradan birinə çevrilirsən. Mən belə şeyləri sevmirəm. Bu təkliflər mənə də gəlib, lakin qəbul etməmişəm. İnsanlar nələrisə əldə etdikdən sonra xarakteri dəyişir. Maddələr, qaydalar qoyurlar. Karyeram boyunca isə məndə belə bir hal baş verməyib". 

Musavat.com xəbər verir ki, bunu aktrisa Zülfiyyə Qurbanova "İcmaX" "YouTube" kanalına danışıb.

Aktrisa verilişdə rol aldığı obrazlardan söhbət açıb:  

"Əxlaqsız qadın obrazım "Zəhər tuluğu"nda olub. Hər bəzənib, cəmiyyət içinə çıxan əxlaqsız olur? Məni insanlar həmişə mənfi obrazda görüb. Bunun da səbəbi "Xəzər TV" 3 il boyunca yayımlanan "Zəhər tuluğu" serialı olub. Hər gün onlar məni ekran başında mənfi obrazda görüblər. Müxtəlif həyat hekayəsi olan qadın obrazlarını canlandırmışam. Ümumiyyətlə Azərbaycanda rola mənfi damğası vurmaq çox rahatdır. Mənfi rolları özüm seçirəm"./unikal/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR