İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstanın baş nazirinə canlı yayımda tüpürdülər – Macarın reaksiyası diqqət çəkdi

591 24.07.2026 00:52 Dünya A A

Macarıstanın baş naziri Peter Macar Budapeştdə canlı yayım zamanı gözlənilməz hücumla üzləşib. Yaşlı kişi hökumət başçısına yaxınlaşaraq onun üzərinə tüpürüb.

Musavat.com CNN Türk kanalına istinadən xəbər verir ki, hadisə Budapeştdəki Nyugati dəmir yolu vağzalında baş verib.

Peter Macar nəqliyyat və investisiyalar naziri David Vitezi ilə birlikdə vağzalda hərəkət edərkən sosial şəbəkədə canlı yayım aparıb. Bu zaman yaşlı kişi onlara yaxınlaşaraq “Bura gəlməyə necə cəsarət edirsiniz?” deyib və Magyarın üzərinə tüpürüb.

Baş nazir insidentə sakit reaksiya verib. O, kişiyə tərəf dönərək “Sizə cansağlığı arzulayıram” deyib və yoluna davam edib.

Bir neçə saniyə sonra Macar canlı yayımı izləyənlərə müraciət edərək baş verənləri keçmiş hakim Fides partiyası ilə əlaqələndirib və “Fidesin qalan üzlərini görürük” ifadəsini işlədib.

Hadisənin özü kameranın əsas görüntüsündən bir qədər kənarda baş versə də, tüpürmə səsi və siyasətçilərin reaksiyası canlı yayıma düşüb.

Macar daha sonra hadisə ilə bağlı ayrıca açıqlama verərək ona tüpürən şəxsdən şikayətçi olmayacağını bildirib. O, həmin şəxsi istehzalı şəkildə “Fidesz laması” adlandırıb.

Hadisə Macarıstanda baş nazirin təhlükəsizliyi ilə bağlı müzakirələrə də səbəb olub. Macar isə gücləndirilmiş şəxsi mühafizə istəmədiyini və insanlar arasında olmağa davam etmək niyyətində olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR