Yevlax rayonu ərazisində 1984-cü il təvəllüdlü rayon sakini Eşqin İsmayılovun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilininən 1963-cü il təvəllüdlü həmyerlisi Natiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, qətl hadisəsi ötən ay baş verib.(Report)






