İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ hədəflərinə yönəlmiş raket buraxılışlarını nümayiş etdirdi - VİDEO

286 23.07.2026 21:29 Dünya A A

Musavat.com xəbər verir ki, İranda ABŞ hədəflərinə istiqamətləndiyi bildirilən raket buraxılışlarını əks etdirən görüntülər yayılıb.

Məlumata görə, kadrlarda pilotsuz uçuş aparatları və raketlərin "Ərbəin" ziyarətçilərinin şərəfinə havaya buraxıldığı qeyd olunur.

Yayılan görüntülərdə raket və dron buraxılışlarının nümayiş xarakteri daşıdığı görünür. Hadisə ilə bağlı İran rəsmiləri tərəfindən əlavə açıqlama verilməyib.

Qeyd edək ki, son günlər Yaxın Şərqdə artan gərginlik fonunda İranın hərbi fəallığı və raket imkanları ilə bağlı paylaşımlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR