Türkiyəli müğənni və aparıcı Seda Sayan son açıqlaması ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi iştirak etdiyi televiziya proqramında "mətbəxdəki kişi daha seksidir" ifadəsinə münasibət bildirərək bu fikirlə razı olmadığını deyib. Onun sözlərinə görə, bu cür yanaşma əslində qadınların kişiləri yemək bişirməyə həvəsləndirmək üçün istifadə etdikləri zarafatcıl üsuldur.
Seda Sayan bildirib ki, qadınlar bəzən "pomidoru necə gözəl doğradın" kimi sözlərlə kişiləri ruhlandırır və onları mətbəxdə daha fəal olmağa sövq edirlər. O, bunu qadınların özünəməxsus "şirin oyunu" adlandırıb.
Müğənni şəxsi həyatı ilə bağlı da maraqlı etiraf edib. O, tək qalmağı sevmədiyini deyərək gözəl bir məkana gedərkən yanında mütləq yaxın dostlarından birinin olmasını istədiyini bildirib.
Sənətçinin "Yalnızlığı heç sevmirəm. Heç nə etməsəm, yenə evlənərəm" sözləri də izləyicilərin diqqətini çəkib və sosial şəbəkələrdə müxtəlif rəylərə səbəb olub.






