İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: Daha 2 nəfər saxlanıldı

239 23.07.2026 17:37 Dünya A A

Türkiyəli rejissor Ezel Akay və qardaşı, musiqiçi Eren Kazım Akay Bursanın İnegöl rayonunda keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılıblar.

Bursanın Narkotiklə Mübarizə Şöbəsi Ezel Akayın yaşadığı evdə çətənə yetişdirilməsi ilə bağlı daxil olan məlumat əsasında əməliyyat keçirib.

Baş Prokurorluğun koordinasiyası ilə həyata keçirilən axtarış zamanı evdə xüsusi qurğu vasitəsilə yetişdirildiyi ehtimal olunan çətənə bitkisi və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ezel Akay və qardaşı ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.

Hazırda faktla bağlı araşdırma davam edir.|Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR