İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ŞOK QARƏT: Bankdan çıxardığı 200 min manatı götürüb qaçdı - ANBAAN VİDEO

1242 23.07.2026 18:02 Kriminal A A

Paytaxtın Nəsimi rayonu ərazisində törədilmiş soyğunçuluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elxan Alxanov, Əşrəf Alxanlı, Musa Məmiyev və Bəxtiyar Xudiyev saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş şəxslə birlikdə bankların birindən pul çıxarmağa gələn B.Xudiyev sonradan onun üzərində külli miqdarda pul olduğunu digər dəstə üzvlərinə xəbər verib.

Bundan sonra onlar zərərçəkmişə yaxınlaşaraq içərisində 200 min manat olan çantanı ələ keçirib hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR