Musavat.com xəbər verir ki, İranın Zahedan şəhərində dizel yanacağı qıtlığı səbəbindən uzun növbələr yaranıb.
Yerli mənbələrin yaydığı məlumata görə, yanacaqdoldurma məntəqələri qarşısında dizel almaq istəyən sürücülərin növbəsi kilometrlərlə uzanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə onlarla yük və minik avtomobilinin yanacaq əldə etmək üçün saatlarla gözlədiyi əks olunub.
Məlumatı İranın yerli Haalvsh nəşri yayıb. Yanacaq qıtlığının səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Musavat.com






