ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ticarət gəmilərinə və ya yüklərə dəyən hər hansı bir ziyan ABŞ-da dondurulmuş İran vəsaitlərindən ödəniləcək.
Musavat.com xəbər verir ki, o, bu barədə Truth Social-da payılaşım edib: "Bu bəyanat, bu andan etibarən və sonrakı xəbərdarlığa qədər gəmilərə, yüklərə və ya onlarla əlaqəli hər hansı bir zərərin ABŞ-ın saxladığı və nəzarət etdiyi İran vəsaitləri ilə ödəniləcəyinə dair bir bildirişdir. Bu zərər çox əhəmiyyətli ola bilər, lakin buna baxmayaraq, ədalətli və doğru bir hərəkətdir".
Musavat.com






