İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Əliyeva Xanoğlan Əhmədovu təbrik edib

615 24.07.2026 10:16 Ölkə A A

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədovu 65 illik yubileyi münasibətilə təbrik edib.

Musavat.com-a daxil olan təbrik məktubunda Xanoğlan Əhmədovun uzun illər ərzində vətəndaş cəmiyyətinin inkişafı, ictimai təşəbbüslərin dəstəklənməsi və media sahəsində səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

Aygün Əliyeva bildirib ki, Xanoğlan Əhmədovun illər boyu vətəndaş cəmiyyətinin inkişafı və ictimai təşəbbüslərin dəstəklənməsi istiqamətində göstərdiyi ardıcıl fəaliyyət onun peşəkarlığının, məsuliyyət hissinin və ictimai maraqlara sadiqliyinin bariz ifadəsidir.

Təbrikdə qeyd olunub ki, Xanoğlan Əhmədovun rəhbərlik etdiyi Media və Mülki Cəmiyyət İctimai Birliyinin həyata keçirdiyi layihələr media ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın genişlənməsinə, ictimai iştirakçılığın təşviqinə, eləcə də cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi və həllinə mühüm töhfələr verib.

Aygün Əliyeva yubiley münasibətilə Xanoğlan Əhmədova möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb. O, zəngin təcrübəsi və yüksək təşkilatçılıq bacarığı ilə yubilyarın bundan sonra da ölkədə vətəndaş cəmiyyətinin inkişafına, ictimai əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinə dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR