İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kaş ki, pulum olmazdı, oğlum..." - Ulduz futbolçudan ürəkdağlayan sözlər

1256 24.07.2026 09:41 İdman A A

İngiltərənin "Çelsi" klubunun və İspaniya milli komandasının müdafiəçisi Mark Kukurella autizmli oğlu ilə bağlı təsirli açıqlama verib.

Musavat.com xəbər verir ki, təcrübəli futbolçu bütün var-dövlətini övladının sağlamlığına dəyişməyə hazır olduğunu bildirib.

"Autizmli oğlum var. Kaş ki, pulum olmazdı, amma oğlum sağlam olardı", - deyə Kukurella vurğulayıb.

Futbolçu uzun saç saxlamasının səbəbini də ilk dəfə açıqlayıb. Onun sözlərinə görə, autizmli oğlunun onu daha rahat tanıması və hər hansı gözlənilməz vəziyyətdə atasını asanlıqla seçə bilməsi üçün saçlarını uzadıb.

Mark Kukurellanın bu emosional etirafı sosial şəbəkələrdə maraq doğurub, çoxsaylı futbolsevərlər onun ailəsinə dəstək mesajları ünvanlayıblar.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR