İnsanlara hürriyət, millətlərə istiqlal!

2 telekanal QARA SİYAHIYA salındı - Rusiyaya görə...

887 24.02.2026 13:12 Dünya A A

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib və siyahıya 297 yeni maddə daxil edilib.

Musavat.com xəbər verir ki, dərc olunmuş məlumata görə, siyahıya 240 hüquqi şəxs, yeddi fiziki şəxs və 50 gəmi daxildir.

Rusiya əleyhinə sanksiyalarının bir hissəsi olaraq, London həmçinin "Rusiya dezinformasiyasında" iştirak etməkdə ittiham olunan iki gürcü televiziya şirkətini, "Imedi TV" və "POS TV"ni qara siyahıya salıb.

Xüsusilə, məhdudiyyətlər doqquz Rusiya bankını, "Rosatom"la əlaqəli bir neçə qurumu, "Transneft"i və Çin, Hindistan, BƏƏ və Tailanddan olan fərdi şirkətləri hədəf alıb.

 "Transneft"in səhmləri yeni sanksiyalar siyahısına daxil edilməsi xəbərindən sonra kəskin şəkildə düşüb.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR