Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya-Azərbaycan sessiyası öz işinə başlayıb. Tədbirdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunur.
Musavat.com xəbər verir ki, sessiyada Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov, Agalarov Development şirkətinin prezidenti Emin Ağalarov, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər iştirak edirlər.
Müzakirələrin əsas mövzusu Rusiya və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində mövcud çağırışlar, eləcə də ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləridir.
Musavat.com






