Ermənistanın hakim elitası ilə kilsə arasındakı qarşıdurma pik həddə çatıb.
Bütün ermənilərin katolikosu II Qareginin 2003-cü ildən bəri ilk dəfə olaraq Ermənistan parlamentinin yeni tərkibinin ilk iclasında iştirak etməyəcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunur ki, katolikos indiyə qədər parlamentin ilk iclaslarında ənənəvi olaraq yeni seçilmiş deputatlara xeyir-dua verirdi.
Erməni Apostol Kilsəsi indiyədək parlamentin açılış mərasiminə rəsmi dəvət almayıb və çox güman ki, ümumiyyətlə almayacaq. Kilsə dairələrində bu addım hakimiyyətin növbəti demarşı kimi qiymətləndirilir.
Medianın yazdığına görə, hakim komandanın nümayəndələri kilsə rəhbərinin dəvət edilməməsini qanunvericiliklə əsaslandırmağa çalışırlar. Belə ki, mövcud qanunvericilik parlamentin ilk iclasına Katolikosu dəvət etməyi öhdəlik olaraq qoymur, sadəcə olaraq ona çıxış etmək hüququ tanıyır. Paşinyan hakimiyyətinin bu addımı kilsə ilə dövlət arasındakı bağların tamamilə qopması kimi şərh olunur.
Musavat.com
![]()






