İnsanlara hürriyət, millətlərə istiqlal!

24 yaşlı oğlan dağa çıxdı, düşə bilmədi- VİDEO

1042 27.10.2025 10:36 Hadisə A A

Paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsində dağlıq ərazidə bir nəfər köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2001-ci il təvəllüdlü Musa Çingiz oğlu Ələkbərovun hündürlüyü təxminən 500 metr olan dağlıq əraziyə çıxdığı və geriyə qayıda bilməməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə dədbirləri sayəsində dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsin xilas edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR