İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Nizami kəndində seçkini uduzdu

841 08.06.2026 01:09 Dünya A A

Yerli nəticələr diqqət çəkən mənzərə ortaya çıxarıb.

Musavat.com xəbər verir ki, Ermənistanın Masis bölgəsinə daxil olan Nizami kəndində parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası məğlub olub.

Məntəqə üzrə nəticələrə əsasən, “Güclü Ermənistan” Partiyası 387 səslə birinci yeri tutub. “Vətəndaş Müqaviləsi” Partiyası 195 səslə ikinci olub. Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 41, “Çiçəklənən Ermənistan” Partiyası isə 17 səs toplayıb.

Xatırladaq ki, Nizami kəndi Ermənistanın Ararat vilayətinin Masis icmasına daxildir və İrəvandan cənub istiqamətində yerləşir. Kənd 1978-ci ildə Azərbaycanın böyük şairi Nizami Gəncəvinin şərəfinə adlandırılıb.

2011-ci il siyahıyaalınmasına görə kəndin əhalisi təxminən 1327 nəfər olub.

Kənd Ararat düzündə, Türkiyə sərhədinə və Araz çayına yaxın ərazidə yerləşir. Masis rayonu ümumilikdə tarixi Zəngibasar bölgəsinin bir hissəsi hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR