İnsanlara hürriyət, millətlərə istiqlal!

250 milyonluq neft müqaviləsi - Dövlət siyasətinin arxasında Trampın biznes şəbəkəsi?

628 16.01.2026 16:22 Dünya A A

ABŞ administrasiyası Venesuela nefti ilə bağlı ilk böyük sövdələşməni britaniyalı treydinq şirkəti "Vitol" ilə bağlayıb.

Musavat.com xəbər verir ki, bununla bağlı "Financial Times" maraqlı məlumat yayıb.

Qəzetin yazdığına görə, sövdənin dəyəri təxminən 250 milyon dollar təşkil edir.

Maraqlı detal ondan ibarətdir ki, "Vitol"un baş treyderlərindən olan Con Eddison Trampı dəstəkləyən siyasi komitələrə təxminən 6 milyon dollar ianə verib. Bunun Vaşinqtonun qərarına təsir edib-etmədiyi bilinmir, lakin müqavilənin vaxtı diqqət çəkib.

Eyni zamanda digər böyük treyder olan "Trafigura" da Venesuela neftinin oxşar həcmdə – təxminən 250 milyon dollarlıq - partiyasını alıb.

ABŞ Energetika Nazirliyi isə bildirib ki, şirkətlər səfərbərlik qabiliyyətinə görə seçilib: yəni ilk tranzaksiyaları ən sürətli şəkildə həyata keçirə bilənlər məhz onlar olub.

Bu sövdələşmə Tramp administrasiyasının Karakasla bağlı yeni siyasətinin başlanğıcı kimi qiymətləndirilir. Vaşinqton Venesuela nefti üzərindəki əvvəlki ciddi məhdudiyyətləri yumşaldır, bununla həm enerji bazarlarını rahatlaşdırmaq, həm də Maduro hökumətindən güzəştlər almağa çalışdığı güman edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR