İnsanlara hürriyət, millətlərə istiqlal!

34 yaşlı Zəhra övladlarının gözü qarşısında öldürülübmüş - Boşanma ərəfəsində idilər VİDEO

1356 06.06.2025 02:54 Kriminal A A

Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində qətlə yetirilib.

Qadının həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

"Səhər saatlarında yoldaşım zəng edib dedi ki, bacını bıçaqlayıblar, tez evə gəl. Gəlib gördüm ki, bacım yerdə uzanıb. O, artıq 9 aydır ki, bizimlə qalırdı. Boşanma ərəfəsində idilər, 3-4 aydır ki, məhkəmə prosesi gedirdi. Həyat yoldaşı 9 aydır axtarışda idi. Uşaqların gözü qarşısında bacımı bıçaqlayıb", - mərhumun qardaşı deyib.

Məlumata görə, Zəhra Əliyeva Həsrət Əliyevlə ailə həyatı qurduqdan sonra atası ilə birgə yaşayıblar. Onların 3 və 13 yaşlı iki övladı var. Həsrət Əliyevin hadisəni törətdikdən sonra qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR