İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda seçki QALMAQALI: 6 namizəd barəsində HƏBS QƏRARI

873 06.06.2026 19:03 Siyasət A A

Ermənistanın Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğa "Güclü Ermənistan" blokundan deputatlığa namizəd olan 6 nəfər barəsində cinayət təqibinə başlamağa icazə verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, söhbət Vahe Tavakalyan, Hayk Avakyan, Vahe Yeqiazaryan, Susan Badoyan, Aşot Saakyan və Artur Abramyandan gedir.

Ermənistan İstintaq Komitəsi isə öz növbəsində sözügedən şəxslərin saxlanılması barədə qərar qəbul edildiyini açıqlayıb. Məlumata görə, bu şəxslər "seçiciləri ələ alma (rüşvət vermə) və xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz dövriyyəsi (çirkli pulların yuyulması)" işi üzrə keçirlər. Cinayət işi çərçivəsində daha əvvəl blokun lideri Samvel Karapetyanın ən yaxın tərəfdaşlarından biri - Alik Aleksanyan da həbs edilib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 16 partiya və 2 siyasi blok mübarizə aparacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR