İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya qarşı yeni super silahını İŞƏ SALIR

827 06.06.2026 19:47 Dünya A A

Ukrayna hazırda "Geran" pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün bütöv bir vasitələr kombinasiyasından istifadə edir.

Musavat.com xəbər verir ki, Rusiyanın Ukraynaya zərbələr endirmək üçün ən çox istifadə etdiyi PUA növü İranın "Shahed" aparatlarının analoqu olan "Geran-2" dir.

Lakin "Business Insider" (BI) nəşrinin yazdığına görə, Ukrayna artıq bir neçə aydır Rusiyanın reaktiv pilotsuz təyyarələrin istehsalını və istifadəsini əhəmiyyətli dərəcədə genişləndirəcəyini gözləyir.

Ukrayna hava hücumundan müdafiə (HHM) sisteminin bu cür PUA-ların kütləvi tətbiqi ilə mübarizə aparmaqda çətinlik çəkəcəyi bildirilir. Söhbət saatda 330 km-dən çox sürət yığmaq qabiliyyətinə malik olan "Geran-3" PUA-larından gedə bilər.

Ukrayna kəşfiyyatının məlumatına görə, daha güclü mühərrikə və qısaldılmış burun hissəsinə malik sonrakı versiya - "Geran-4" isə saatda 480 km-dən çox sürət yığır.

Nəşr qeyd edib ki, hazırda Ukrayna "Geran"larla mübarizə aparmaq üçün radioelektron mübarizə (REM) vasitələri, mobil atəş qrupları, raket-önləyicilər və PUA-önləyicilərin kombinasiyasından istifadə edir.

Məhz PUA-önləyicilər hava hücumundan müdafiə sistemində çox mühüm qüvvəyə çevrilib. Lakin turboreaktiv mühərrikli "Geran"ların maksimum sürəti hətta onlar üçün də ciddi sınaq ola bilər.

"Önləyici PUA-lar üçün indiyə qədər qeydə alınmış ən yüksək sürət saatda 656 km olub, lakin bu sürət düz xətt üzrə trayektoriya ilə və partlayıcı maddə daşımadan uçuş zamanı əldə edilib", - deyə nəşr yazıb.

İyunun 4-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski xəbərdarlıq edib ki, Rusiya Ukraynaya zərbələr endirmək üçün əsas vasitə kimi reaktiv dronlardan istifadə etməyi planlaşdırır.

"Təcavüzkar reaktiv zərbə dronlarının payını 50%-ə çatdırmağı planlaşdırır", - deyə o qeyd edib.

İyunun 5-də isə "Ukrayna Səmasını Bağlayaq" Xeyriyyə Fondunun təsisçisi, general-leytenant, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini İqor Romanenko bildirib ki, Rusiyanın reaktiv PUA-ların sayını artırmaq planları Ukrayna üçün təhlükə törədir, çünki onlara qarşı önləyici dronlarla mübarizə aparmaq olduqca çətindir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR