İnsanlara hürriyət, millətlərə istiqlal!

“657 min nə puldur ki?” - Şəhriyar Azərin müdafiəsinə qalxdı

2649 02.03.2026 23:55 Şou-biznes A A

Aktyor Şəhriyar Əbilov həmkarı Azər Aydəmirə ayrılan 657 min manatdan danışıb. 

"Musavat TV"-yə açıqlama verən sənətçi Aydəmirə dəstək olub:

"657 min manat tarixi film üçün nədir ki? Xaricdə böyük büdcələr xərclənir. Biz sevinməliyik. Azər o pulu cibinə qoymayıb ki". 



Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA)
“Aydəmir Entertainment” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilədə “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib. 

Audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.

Könül

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR