İnsanlara hürriyət, millətlərə istiqlal!

7-9 mart tarixlərində qatarlar həftəsonu qrafiki ilə işləyəcək

514 05.03.2026 11:32 Ölkə A A

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qeyri-iş günlərinin təsdiqlənməsi qatarların hərəkət qrafikinə təsir edib.

Musavat.com xəbər verir ki, 8 mart tarixinin bazar gününə təsadüf etməsi səbəbindən 9 mart bazar ertəsi qeyri-iş günü elan olunub.

Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar həftəsonu (şənbə-bazar) qrafiki ilə hərəkət edəcək.

Sərnişinlərə səfərlərini planlaşdırarkən bu dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR