Türkiyəli müğənni Bülent Ersoy aktyor Müjdat Gezenlə bağlı xatirəsini bölüşüb.
Musavat.com-un xəbərinə görə, 73 yaşlı müğənni səhnə adının necə dəyişdiyi barədə danışıb.
Əsl soyadının Erkoç olduğunu xatırladan Ersoy Gezenin bu soyadı çox sərt səsləndiyi üçün bəyənmədiyini bildirib:
“Müjdat Gezen Erkoç soyadının tələffüz baxımından kobud olduğunu düşünərək daha yumşaq və qulaq oxşayan Ersoy soyadını məsləhət gördü”.
Sənətçi həmin gündən musiqi dünyasında Bülent Ersoy kimi tanınmağa başlayıb.
Musavat.com






