İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hərbçiləri Hörmüzdən 100 gəmi keçirib

189 06.06.2026 08:51 Dünya A A

May ayında ABŞ ordusu Hörmüz boğazından 100-dən çox ticarət gəmisinin keçidini əlaqələndirməyə kömək edib.

Musavat.com xəbər verir ki, məlumatı The New York Times (NYT) mənbələrə istinadən yayıb.

Bildirilir ki, ABŞ və İran arasında münaqişəyə son qoymaq üçün aparılan danışıqların dayandırılması ilə bu su yolundan keçmək gəmilər üçün təhlükəli olaraq qalır. ABŞ Ordusu oradan keçməkdə gəmilərə kömək edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən verdiyi açıqlamada Hörmüzdən neft daşımalarının davam etdiyini, buna görə də 300 dollarlıq neft proqnozlarının özünü doğrultmadığını deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR